Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 90.3 milyon manat xalis mənfəət əldə edib.
Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 54% çoxdur. 2022-ci ilin yanvar ayında Azərbaycanın bank sektoru 58.6 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların xalis faiz gəlirləri 44.9% artaraq 200.6 milyon manata, əməliyyat mənfəəti isə 50% artaraq 134.5 milyon manata bərabər olub.
Hesabat dövründə banklar 22.7 milyon manat mənfəət vergisi ödəyiblər.