Azərbaycan bankları 2023-cü ilin yanvar ayında 90.3 mln. manat xalis mənfəət, 134.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.
Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 50% artıb.
Əlavə edək ki, banklar tərəfindən ümumilikdə ötən ay ərzində 22.7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.