BANK

23 Fevral

Valyuta hərracında bankların dollar tələbi nə qədər olub?

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

Fins.Az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 61,6 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Əlavə edək ki, fevralın 21-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 49,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.Az