BANK

20 Fevral

Azərbaycanda 5 bankın istehlak krediti portfeli 10 mln. manatdan azdır

Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 5-də istehlak krediti portfeli bu il yanvarın 1-i tarixinə 10 milyon mamnatdan az olub. 

Fins.Az bankların hesabatına istinadən xəbər verir ki, bunlar "Bank Avrasiya" (8,8 milyon manat), "Azərbaycan Sənaye Bankı" (6,1 milyon manat), "PremiumBank" (5,9 milyon manat), "Günay Bank" (2,6 milyon manat) və "Ziraat Bank Azərbaycan"dır. (2,2 milyon manat).

Əlavə edək ki, bu dövrə olan məlumata görə, banklardan yalnız 1-nin istehlak krediti portfeli 1 milyard manatdan çox olub.