BANK

20 Fevral

Azərbaycanda 4 bankın öhdəliklərinin həcmi 2 mlrd. manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 4-nün bu il yanvarın 1-i tarixinə öhdəliklərinin həcmi 2 milyard manatdan çox olub.

Fins.Az bankların hesabatına istinadən xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (12,4 milyard manat), "PAŞA Bank" (7,8 milyard manat), "Kapital Bank" (6,9 milyard manat)  və "Xalq Bank"dır. (2,2 milyard manat).

Məlumata görə, qalan 20 bankda öhdəliklərin həcmi 150 milyon manatdan 2 milyard manata qədərdir.