"Nağd pul dövriyəsinin təşkili-2023 seminarı" davam edir.
Fins.Az xəbər verir ki, tədbirdə Azərbaycan Mərkəzi Bankın Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı çıxış edib.
O, Azərbaycan Mərkəzi Bankı haqqında Qanuna nağd pul avadanlıqları olan minimal tələblərin müəyyən edilməsi ilə bağlı dəyişikliklər ediləcəyini bildirib.
Şöbə rəisi vurğulayıb ki, bununla bağlı Mərkəzi Bank artıq monitorinqlərə start verib:
"Çalışırıq ki, əhali pul nişanları ilə davranış mədəniyyətini daim üstün tutsun. Pul nişanlarını nə qədər düzgün saxlayıb, istifadə etsək, bir o qədər az maliyyə itkisi yaşayarıq və pul nişanlarının qorunması baxımından daha çox uğur qazanmış olarıq."
Qeyd edək ki, interaktiv şəraitda keçirilən tədbirdə nağd pul dövriyyəsi sahəsində nüfuzlu beynəlxalq şirkət nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində baş tutan təqdimatlarda nağd pulun dövriyyəsi, inkasasiya, saxta əskinasların müəyyən edilməsi və dövriyyədən çıxarılması istiqamətində təqdimatlar və çıxışlar olunur.
Fuad Mədətov
Fins.Az