BANK

20 Fevral

Bank Respublika Qazaxda müasir konseptdə yeni filialını açdı

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərinin xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir.

Belə ki, Bank Qazax şəhərində özünün 35-ci xidmət nöqtəsini müştərilərin ixtiyarına verib. Təntənəli açılışda iştirak edən rayon icra hakimiyyətinin və bankın rəhbərliyi yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.

Filialın açılışda iştirak edən Qazax rayon icra hakimiyyətinin rəhbərliyi və iş adamları ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika”nın Qazaxda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Yeni filial – Qazax şəhəri, Heydər Əliyev prospekti 76 ünvanında fəaliyyət göstərəcək.

“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 32 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.