BANK

17 Fevral

Azərbaycanda 3 bankın biznes kreditlərinin həcmi 1 mlrd. manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 3-də biznes kreditləri portfeli bu il yanvarın 1-i tarixinə 1 milyard manatdan çox olub.

"Fins.az" bankların rüblük hesabatına istinadən xəbər verir ki, bunlar "PAŞA Bank" (2,3 milyard manat), "Azərbaycan Beynəlxalq Bankı" (1,6 milyard manat) və "Xalq Bank" (1,2 milyard manat) olub. 

Əlavə edək ki, bu dövrə olan məlumata görə, banklardan 6-də isə biznes kreditləri portfelinin həcmi 100 milyon manatdan azdır.