BANK

17 Fevral

Azərbaycan Mərkəzi Bankı 90 not hərracı keçirib

Azərbaycan Mərkəzi Bankı ümumilikdə 2022-ci ildə müxtəlif müddətli 90 not hərracı keçirib.

Fins.Az Mərkəzi Bankın "Pul Siyasəti icmalı"na istinadən xəbər verir ki, dekabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1 339 mln. manat təşkil edib.

Məlumata görə, ilin sonuna doğru notların hərraclarda formalaşan gəlirliyi artıma meyilli olub.