2023-cü ildə Azərbaycanda inflyasiya hədəf diapazonuna yaxınlaşa bilər.
Fins.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, 2022-ci ildə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədaxili inflyasiya proseslərinə və gözləntilərə təsir göstərib.
İlin son aylarında müşahidə edilən meyillər davam edərsə, 2023-cü ilin sonuna inflyasiya səviyyəsinin azalaraq tədricən hədəf diapazonuna yaxınlaşacağı gözlənilir.