BANK

16 Fevral

Banklar 50,8 milyon dollar aldı - HƏRRAC

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

Fins.Az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 50,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Əlavə edək ki, fevralın 14-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 53,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.