BANK

16 Fevral

Azərbaycan bankları 5 mlrd. dollarlıq nağd xarici valyuta alıb-satıb

Azərbaycan banklarının 2022-ci ildə nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri illik müqayisədə 27% artaraq 5,1 milyard ABŞ dolları ekvivalentində olub.

Fins.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul siyasəti icmalı"nda bildirilir.

Məlumata görə, bunun bunun 85,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Ötən ilin aprel ayından başlayaraq ilin sonuna qədər xarici valyutanın alışının satışından yüksək olması hesabına xalis xarici valyuta satışı əvvəlki ilə nəzərən 5 dəfə azalıb.