BANK

15 Fevral

Azərbaycanda POS-terminalların 87.2%-i tәmassız ödәnişlәri dәstәklәyir

Azərbaycan üzrә quraşdırılmış bankomatların sayı bu ilin 1 yanvar tarixinə 3068, POS-terminalların sayı 79820, ödәniş terminallarının sayı isә 2029 әdәd olub.

Fins.Az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.

Məlumata görə, 2022-ci il әrzindә ölkә üzrә bankomatların sayında 3.3%, regionlarda yerlәşәn bankomatların sayında isә 6.6% artım müşahidә edilib. 

Qeyd edilib ki, 1 yanvar tarixinә ölkәdә dövriyyәdә olan POS-terminalların sayı ötən illә müqayisәdә 30.5% artaraq 79820-ә bәrabәr olub. Tәmassız ödәnişlәri qәbul edәn POS-terminalların sayı isә müvafiq dövr әrzindә 58.5% artaraq 69599 әdәd tәşkil edib. Quraşdırılmış POS-terminalların 87.2%-i tәmassız ödәnişlәri dәstәklәyir.