BANK

14 Fevral

Xalq Bank Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək oldu

Xalq Bank Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə 135,0 min manat ianə etmişdir. Vəsaitlər Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

Bu barədə Fins.Az-a bankdan məlumat verilib.

Qeyd etmək lazımdır ki, ötən həftə Xalq Bankın əməkdaşları da zəlzələ qurbanlarına dəstək məqsədilə şəxsi vəsaitləri hesabına toplanan 100,0 min ABŞ dolları məbləğini AFAD-ın hesabına köçürüblər. Beləliklə də Xalq Bank tərəfindən qardaş ölkəyə ümumi olaraq 300,0 min manatdan çox məbləğdə vəsait ianə edilib.

Xalq Bank müştəriləri də XalqOnline mobil tətbiqi üzərindən qardaş ölkəyə dəstək göstərərək AFAD-ın hesabına ianə edə bilərlər.