Ölkənin kart infrastrukturunun mühüm elementi olan “Banklararası Kart Mərkəzi”nin üzərindən 2022-ci il ərzində 207 milyon kart əməliyyatı aparılıb.
Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, milli valyutada əməliyyatların həcmi 10,1 milyard manat, xarici valyutada isə 66,4 milyon ABŞ dolları və 26,1 milyon avro təşkil edib.