Bu il Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya və Qafqaz ölkələrində bankların əməliyyat xərcləri 10%-dən çox artacaq.
Fins.az xəbər verir ki, bunu "SP Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozlaşdırıb. "SP"yə görə, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bankların əməliyyat xərclərinin artmasına əsas səbəb davamlı yüksək inflyasiya, rəqəmsallaşmaya əhəmiyyətli investisiyaların davam etməsi, marketinq xərcləri tələb edən yüksək rəqabətdir.
Bildirilib ki, 2023-cü il informasiya texnologiyaları ilə bağlı xərclər ehtimal ki, regiondakı bankların ümumi əməliyyat xərclərinin orta hesabla 15-17%-ni təşkil edəcək. "Müvafiq olaraq, bura İT mütəxəssislərinin işə götürülməsi, proqram təminatı və avadanlıqlara investisiyalar, İT təchizatçılarına və məsləhətçilərə ödənişlər, məlumatların qorunması və kibertəhlükəsizlik xərcləri daxildir" - deyə "SP" bildirib.
©APA