BANK

26 Yanvar

“Rabitəbank” – la Türkiyəyə pul göndərmək indi daha sərfəlidir

Hər zaman müştərilərinin rahatlığı üçün çalışan Rabitəbank Türkiyənin qabaqcıl banklarından olan Akbank ilə tərəfdaşlığını genişləndirərək yeni endirim kampaniyası tətbiq edir. Kampaniyaya çərçivəsində müştərilər Türkiyəyə pul köçürmələri zamanı alıcının bankı Akbank olduğu halda güzəştli tarif imkanı əldə edirlər.

Belə ki, endirim kampaniyası 31.03.2023 tarixinə qədər qüvvədə olacaq.
Kampaniyanın şərtlərinə əsasən müştərilər köçürmə zamanı minimal məbləğ 20 USD, maksimal məbləğ 200 USD təşkil etdiyi halda cəmi 0,2% xidmət haqqı ödəyəcəklər.

Qeyd edək, müştərinin mövcud güzəştli tarifi varsa və bu kampaniya şərtlərindən daha endirimlidirsə, müştərinin faktiki güzəşti qüvvədə qalacaqdır.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.