BANK

18 Yanvar

Mərkəzi Bank AYİB ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMB-dan Fins.Az-a bildirilib ki, görüşdə 2019-2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi çərçivəsində AYİB-in Azərbaycanda maliyyələşdirdiyi layihələr, o cümlədən maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışılıb.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.