BANK

11 Yanvar

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Fins.az-a qurumdan məlumat verilib.

11 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2057024708 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9939.6992 (7.8%) manat və 9957.4100 (5.5%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,560,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9947.3894 (6.8%) manat, orta ölçülmüş qiyməti isə 9951.0768 (6.32%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 08.02.2023-cü ildir.