BANK

11 Yanvar

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,8% təşkil edəcək. Bu isə Dünya Bankının 2022-ci ilin iyun proqnozu ilə müqayisədə 0,6% çoxdur.

Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqitsadiyyatının ötən proqnoza nisbətən 0,3% çox, yəni 2,6% artacağını müəyyən edib.

©APA