BANK

23 Dekabr

Azərbaycanda problemi kreditlər azalıb -MƏBLƏĞ

Bu ilin yanvar-noyabr ayları üzrə bankların kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin həcmi 641,3 milyon manat təşkil edib.

"Fins.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,4%, on aylıq göstərici ilə müqayisədə 0,7% azdır.

Ümumi kredit portfelində problemi kreditlərin payı ilin əvvəlinə nəzərən 1 faiz bəndi azalaraq 3.2% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən isə problemi kreditlərin həcmi 1.5 faiz bəndi kiçilib.