BANK

23 Dekabr

Bankların cəmi aktivləri 1.9% artıb

2022-ci ilin dekabrın 1-nə olan vəziyyətə görə, fəaliyyətdə olan bankların cəmi aktivləri 45,490.2 mln. manat, cəmi öhdəlikləri 39,970.3 mln. manat, balans kapitalı 5,519.9 mln. manat olub. 

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb. 

Məlumata görə,  2022-ci ilin noyabr ayında bankların cəmi aktivləri və öhdəlikləri müvafiq olaraq 1.9% artmışdır. İlin əvvəlindən isə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə artım müvafiq olaraq 18.3%, 19.3% və 11.1% olub. 

Müəllif:Aynur Qəniyeva