BANK

23 Dekabr

Azərbaycanda bankların xalis mənfəəti 40% ARTIB

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 859,4 milyon manat xalis mənfəət əldə edib.

"Fins.az"  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. 

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 40% çoxdur.Sözügedən müddətdə bankların əməliyyat gəlirləri 31,7% artaraq 3 548,1 milyon manata, əməliyyat xərcləri 27,6% artaraq 2 265,2 milyon manata, əməliyyat mənfəəti 39,7% artaraq 1 239,3 milyon manata, xüsusi ehtiyatlara ayırmaları 22,8% artaraq 183 milyon manata çatıb.