BANK

23 Dekabr

Naxçıvanda fəaliyyət göstərən banklara hüquqi şəxslərdən daxilolmalar 66%-dən çox ARTIB

Naxçıvanda fəaliyyət göstərən banklara hüquqi şəxslərdən daxilolmalar 2022-ci ilin yanvar noyabr ayları ərzində 31 milyon 451.900 min  manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 20 milyon 866.656 min manat və ya 66.3% artımın göstəricisidir.

"Fins.az" xəbər verir ki, bu Azərbaycan respublikasının Naxçıvan Muxtar Respublikası idarəsinin təqdim etdiyi Statistik Bulletendə məlumat verilib. 

Məlumata görə nəticədə 2021-ci ilin müvafiq dövrü ilə müqaisədə ümumi daxilolmalarda bu seqmentin payı 9.4%-dən 20.7 %-ə qədər artıb.Cari ilin ilk11 ayı ərzində Muxtar Respublikanın banklarına malların satışından daxilolmalar 2021-ci ilin analoji dövrü ilə müqaisədə 5 milyon 629.280 min manat və ya 13.2% artaraq  13 milyon 233,935 min manat olub.Beləliklə Muxtar Respublikada olan banklara mallların satışından daxilolmaların ümumi daxilolmalarda payı 6.8%-dən 8.7 %-ə qədər çoxalıb.

Müəllif:Aynur Qəniyeva