BANK

22 Dekabr

İndoneziya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Gözləntilərə uyğun olaraq İndoneziya Mərkəzi Bankı siyasət faizini 25 baza bəndi artıraraq avqust ayından bəri beşinci faiz artımı edib.
"Fins.az" xəbər verir ki, İndoneziya Mərkəzi Bankı siyasət faizini 25 bənd artıraraq 5,50 %-ə çatdırıb.

Bloomberg tərəfindən sorğuda iştirak edən 27 iqtisadçıdan 20-si bankın 25 baza bəndi artacağını gözləyirdi. Sorğuda iştirak edən 6 nəfər mərkəzi bankın faizləri yarım bənd artıracağını gözlədiyi halda, 1 nəfər faiz dərəcəsinin dəyişdirilməyəcəyini proqnozlaşdırıb.

İndoneziya Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımında pik həddinə yaxınlaşması və xarici kapital axınının İndoneziyaya qayıtması fonunda 2023-cü ildə valyutanın sabitləşməsini gözləyir.

İnflyasiya pik həddə çata bilər, İndoneziya Mərkəzi Bankının rəhbəri Perry Warjiyo çərşənbə günü deyib. 2023-cü ildə sabitliyin pul siyasətinin diqqət mərkəzində olacağını bildirən Warjiyo, bankın idxal inflyasiyasını idarə etmək üçün "rupi sabitləşdirmə siyasətini" davam etdirəcəyini açıqladı.