BANK

22 Dekabr

Türkiyə Mərkəzi Bankı – FAİZ QƏRARINI AÇIQLADI

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) bu gün keçirilən ilin son iclasında bazar gözləntilərinə uyğun olaraq faiz dərəcəsini 9 faiz səviyyəsində saxlayıb.

"Fins.az"xəbər verir ki, Bankın bununla bağlı açıqlamasında «Qlobal tələbat üçün artan risklər nəzərə alınmaqla, cari siyasət dərəcəsi kifayət qədər səviyyədə hesab olunur»-deyəs bildirilir.

Xatırladaq ki, bundan bir qədər əvvəl sorğuda iştirak edən qurumların gözləntisi də faiz dərəcəsinin dəyişdirilməyəcəyi idi.