BANK

22 Dekabr

Sahibkalığın İnkişafı Fondu 8 sahibkarlıq subyektinə 1 milyon manata yaxın subsidiya təstiq edib

Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara 2022-ci il ərzində verilmiş kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyalaşma üçün 8 sahibkarlıq subyekti üzrə ümumilikdə 996 904 manat subsidiya məbləği təsdiq edilmişdir. 01.12.2022 tarixinədək bu məbləğin 324 569 manatı aidiyyəti üzrə köçürülüb. 

Bu barədə "Sahibkalığın İnkişafı Fondu" "Fins.az"-a məlumat verib. 

Məlumata görə, müraciəti təsdiqlənmiş sahibkarlıq subyektlərindən 6-sı un istehsalı (taxıl tədarükü) ilə məşğuldur. Bu istiqamət üzrə 875 285 manat təsdiqlənmiş subsidiya məbləğinin 253 922 manatı 01.12.2022 tarixinədək aidiyyəti üzrə köçürülmüşdür.

Fonddan qeyd olunub ki, qalan subsidiya məbləği kredit qrafikinə uyğun olaraq növbəti aylar üzrə ödəniləcək.

Müəllif:Aynur Qəniyeva