BANK

22 Dekabr

Yapı Kredi Türkiyə xaricdə istiqraz buraxacaq

Yapı Kredi bir il ərzində xaricə 10 milyard dollardan çox istiqraz buraxmağa qərar verdi.
"Fins.az" xəbər verir ki, bankdan verilən açıqlamalara görə, emissiyanın 3 milyard dollara qədəri yaşıl istiqrazlar, 7 milyard dollara qədəri isə MTN proqramı çərçivəsində buraxılacaq istiqrazlar olacaq.

Bank həmçinin 250 milyon avroya qədər ipoteka ilə təmin edilmiş qiymətli kağızlar buraxa biləcək.