BANK

22 Dekabr

Dollar ucuzlaşır

Ticarət məlumatlarına görə, cümə axşamı səhər dollar digər əsas dünya valyutalarına nisbətdə ucuzlaşır. İnvestorlar ABŞ-dan vacib statistik məlumatların dərcini gözləyirlər. 

"Fins.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 9.35-ə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışda olan 1.0603 dollardan 1.0645 dollara yüksəlib (Avro bahalaşıb, dollar ucuzlaşıb). Dolların yen qarşısında məzənnəsi 132,47 yendən 131,91 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,27% azalaraq 103,89 bənd təşkil edib.