BANK

21 Dekabr

Mərkəzi Bank: Banklar biznes kreditləri üzrə standartlarda əsasən kreditlərin müddəti üzrə yumşalma edib

 Banklar IV rübdə istehlak kreditləri üzrə standartların yumşaldılmasını, eyni zamanda istehlak kreditlərinə, xüsusilə kredit kartlarına olan tələbin artmasını gözlədiklərini bildiriblər.

"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində məlumat verilib. 

Məlumata görə, 2022-ci ilin III rübü üzrə banklar tərəfindən biznes kreditləri üzrə standartlarda yumşalma əsasən kreditlərin müddəti üzrə olmuşdur və IV rübdə trendin daha da yüksələcəyi proqnozlaşdırılır. 

Müəllif:Aynur Qəniyeva