BANK

20 Dekabr

Tinkoff Azərbaycan banklarına avro ilə beynəlxalq ödənişləri bərpa edib

Hazırda Tinkoff Business müştəriləri üçün dollarla köçürmələr Azərbaycan, Ermənistanın bütün banklarına, eləcə də Çinin 74 bankına və Qazaxıstan, Özbəkistan və Rusiyanın bəzi banklarına mümkündür.

"Fins.az" xəbər verir ki, Tinkoff Business şirkətlər və fərdi sahibkarlar üçün avro ilə beynəlxalq ödənişləri bərpa edib. 

Məlumata görə Azərbaycana minimum köçürmə məbləği isə 5 min avro, Ermənistan və Özbəkistana isə limitsizdir. Minimum köçürmə məbləği fərqli ola bilər, çünki Serbiya və Bosniya və Herseqovinanın bəzi banklarında 300 avro məbləğində köçürmələr mümkündür, 

Bundan əvvəl Tinkoff Bank xarici valyutada gedən SWIFT köçürmələrini dayandırıb, məhdudiyyətlər yalnız fiziki şəxslərə şamil edilib, hüquqi şəxslər mövcud limitlər çərçivəsində dollarla, məhdudiyyətsiz yuanla köçürmələr etmək imkanını saxlayıb.

Müəllif:Aynur Qəniyeva