BANK

20 Dekabr

AİB: Azərbaycanda bu il iqtisadi artım 4,7% təşkil edəcək

Azərbaycanda real ümumdaxili məhsulun artımı (ÜDM) bu il üçün 4,7% proqnozlaşdırılıb.

Fins.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib. Hesabatda gələn il üçün iqtisadi artım 3,5%, 2024-cü ildə 3%, 2025-ci ildə 2,8%, 2026-cı ildə isə 3,2% müəyyən edilib.

Həmçinin, illik inflyasiya bu il üzrə 5,2% proqnozlaşdırılıb. AİB-ə görə, 2023-2026-cı illərdə Azərbaycanda inflyasiya 4%-dən 3,2%-ə kimi azalacaq.

Bundan əlavə, hesabatda bu il üçün Azərbaycanın xarici borcu üzrə proqnoz 20,2 mlrd. dollar müəyyən edilib. Qeyd edilib ki, bu rəqəm 2026-cı ilə kimi 25,6 mlrd. (2023-cü ildə 20,7 mlrd. dollar, 2024-cü ildə 22,6 mlrd. dollar, 2025-ci ildə isə 23,9 mlrd. dollar) dollara çatacaq.