BANK

20 Dekabr

İngiltərə Bankından yeni əskinaslar

İngiltərə Mərkəzi Bankı (BoE) Böyük Britaniyanın yeni kralı III Çarlzın əks olunduğu əskinas dizaynını təqdim edib.

Mövcud 5, 10, 20 və 50 funt-sterlinqlik polimer əskinaslarda dəyişən yalnız Kralın portretidir.

Bu əskinasların 2024-cü ilin ortalarında dövriyyəyə buraxılması gözlənilir.

İngiltərə Bankı qeyd edib ki, II Yelizavetanın təsviri olan əskinaslar istifadədən çıxmır. Mərhələ ilə köhnəlmiş əskinaslar yeni əskinaslar ilə əvəz edəcək.

"Mən çox qürur duyuram ki, İngiltərə Bankı yeni əskinasların dizaynını təqdim edir. Əskinaslarda III Çarlzın portreti yer alır. Bu əlamətdar məqamdır, çünki Kral bizim əskinaslarımızda görünən ikinci monarxdır. İnsanlar 2024-cü ildə dövriyyəyə buraxılan bu yeni əskinaslardan istifadə edə biləcəklər”, - İngiltərə Bankının sədri Endryu Beyli bildirib.

Sentyabr ayında zərbxana III Karlın təsviri olan ilk sikkələri təqdim edib. Yeni monarxın relyef portreti britaniyalı heykəltəraş Martin Cenninqs tərəfindən hazırlanmış və şəxsən kral tərəfindən təsdiq edilmişdir. III Çarlz mərhum Kraliça II Yelizavetanın oğludur.