BANK

19 Dekabr

“Visa” şirkəti Afrikada rəqəmsal transformasiyanın sürətləndirilməsinə sərmayə qoyacaq

“Visa” şirkəti növbəti 5 ildə Afrika qitəsində davamlı, innovasiyalı və inklüziv iqtisadiyyatın inkişafı üçün 1 milyard dollar sərmayə qoymağı öhdəyə götürdüyünü elan edib.

"Fins.az" xəbər verir ki, “Visa” şirkətinin sədri və baş icraçı direktoru Alfred F.Kelli bunu Vaşinqtonda keçirilmiş ABŞ-Afrika biznes forumunda çıxışında elan edib.

İnvestisiyalar Afrikada innovasiyalar və yeni texnologiyalar, iqtisadiyyatın rəqəmsallaşması və ixtisasartırma, istedadların inkişafına və potensialın artırılması məqsədləri üçün sərmayə qoyulması hesabına tədiyə sisteminin möhkətəkmilləşdirilməsinə yönəldiləcək.

“Visa” şirkəti maliyyə tərəfdaşları olan qadınların hüquq və imkanlarının genişləndirilməsi ilə bağlı yeni proqramlar icra edir, o cümlədən Misir, Keniya, Mərakeş və Cənubi Afrika Respublikasında sahibkar qadınlar üçün maliyyələşdirmə və şəbəkə imkanları təqdim edən “Visa She's Next” şirkətinin qlobal təşəbbüsünü həyata keçirir.

“Visa” şirkətinin hesablamalarını görə, hazırda Afrikada rəsmi maliyyə xidmətləri 500 milyon nəfər üçün əlçatan deyil. Afrikada rəqəmsal ödənişlər həyata keçirən yaşlı əhali 50 faizdən azdır. 40 milyondan çox satıcı rəqəmsal ödənişləri qəbul etmir.