BANK

19 Dekabr

Rusiyada dollar bahalaşdı-RUBL DƏYƏR İTİRİR

Dolların məzənnəsi mayın 30-dan bəri ilk dəfə olaraq 66 rublu ötüb.

"Fins.az" bu barədə Moskva birjasına istinadən xəbər verir.

Qeyd edək ki, Dekabrın əvvəlindən yenidən Rublun ucuzlaşması sürətlənib.

Rublun ucuzlaşması əsasən geosiyasi risklər, Avropa İttifaqının yeni sanksiyaları, neftin qiymətinin 80 dollardan da aşağı düşməsi ilə bağlıdır.

Moskva birjasında avronun məzənnəsi isə mayın 27-dən bəri ilk dəfə olaraq 70 rublu ötüb.