BANK

19 Dekabr

SİF 187 qadın sahibkara verdiyi güzəştli kreditin məbləğini AÇIQLAYIB

2022-ci ilin 11 ayı ərzində 187 qadın sahibkara 6,9 milyon manat güzəştli kredit verilib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında  Sahibkarlığın İnkişafı Fondu məlumat yayımlayıb
Məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 130 qadın sahibkar üzrə 11,4 milyon manat təşkil edib.
Bu ilin yanvar-noyabr ayları ərzində gənc sahibkarların 77 layihəsi maliyyələşdirilib və bu məqsədlə 10 milyon manat vəsait ayrılıb. 2021-ci ilin müvafiq dövründə isə 52 gənc sahibkar 2 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.
Müəllif:Aynur Qəniyeva