BANK

19 Dekabr

Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası ilə kibertəhlükəsizliyin gücləndirilməsi üçün strategiya hazırlayır-AÇIQLAMA

Bildiririk ki, ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının kiber təhlükələrə hazırlıq səviyyəsi barədə aparılmış müqayisəli təhlil barədə Mərkəzi Banka məlumat daxil olmayıb.

Bu"Fins.az"-ın Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının kiber təhlükələrə hazırlıq səviyyəsi Qazaxıstan və Özbəkistan banklarına münasibətdə aşağı olması ilə bağlı məlumatla ilə bağlı sorğusuna cavabında Azərbaycan Mərkəzi Bankı açıqlamasında deyilir.

Açıqlamda qeyd olunub ki, bildiririk ki, Mərkəzi Bank tərəfindən Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/IEC 2700X standartının tələbləri nəzərə alınmaqla “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” hazırlanmış və Mərkəzi Bankın İdarə Heyətinin 2021-ci il, 14 iyul tarixli qərarı ilə təsdiq edilmişdir. Qərara əsasən bu Qaydalar 2022-ci il, 1 aprel tarixindən etibarən qüvvəyə minmişdir.
Mərkəzi bank yeni strategiyayay da tounaraq "Eyni zamanda bildiririk ki, hazırda maliyyə bazarlarında kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə əməkdaşlıq çərçivəsində 2023-2026-cı illəri əhatə edəcək müvafiq strategiya hazırlanmaqdadır. Strategiya çərçivəsində maliyyə bazarlarının iştirakçıları üzrə beynəlxalq standartların tələbləri nəzərə alınmaqla kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir",-deyə əlavə edilib. 

Müəllif:Aynur Qəniyeva