BANK

16 Dekabr

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi açıqlanıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektron ticarət dövriyyəsi 14 milyard manatı ötüb.

Bunu "PAŞA Bank"ın korporativ və kommersiya bankçılığı departamentinin rəhbəri Bəhmən Orucov "E-Commerce Day of Azerbaijan" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, dövlət portallarında ödəniş göstəriciləri nəzərə alınmasa, elektron ticarət dövriyyəsi 5 milyard manata yaxın olub.

"Bundan başqa, cari ildə POS-terminallar üzrə dövriyyədə yarıdan çox dinamik artım var", - deyə o bildirib.

B.Orucov onu da vurğulayıb ki, dünyada e-ticarət sektorunda hər gün dəyəri 100 trilyon dollardan çox olan 6,6 trilyon dollar əməliyyat həyata keçirilir.

“Elektron ticarətin üstünlük təşkil etdiyi əsas ölkələr Şimali Amerika və Asiyadır”, - deyə departamentin direktoru bildirib.