BANK

16 Dekabr

Mərkəzi Bank: Profisitli tədiyə balansı valyuta bazarında təklif kanallarını dəstəkləməkdə davam edir

Həm neft-qaz sektoru, həm də qeyri-neft-qaz sektoru üzrə ixracın artım tempi yüksək olaraq qalır.

"Fins.az" xəbər verir ki,bu barədə Mərkəzi Bankın məlumataında bildilir. 

Məlumata görə, bu şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3.1 dəfə artaraq 23.1 mlrd. ABŞ dollarına çatıb. Bu dövrdə qeyri-neft-qaz ixracının həcmi 16.2% genişlənmiş və 2.4 mlrd. dollar təşkil edib. 

2023-cü ildə də cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnoz dəyişməz qalır. Enerji daşıyıcılarının qiymətləri hazırki səviyyəsində qalarsa, növbəti ildə də cari hesab profisitinin ümumi daxili məhsula nisbətinin ikirəqəmli səviyyədə qalacağı gözlənilir.

Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Bu da Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinə daha çox qənaət etməyə imkan verir.