BANK

15 Dekabr

İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqladı

İngiltərə Mərkəzi Bankı (BoE) faizini 50 baza bəndi artıraraq 3,5 faizə çatdırıb.

Fins.az xəbər verir ki, iqtisadçılar da faizin 50 baza bəndi artırılacağını gözləyirdilər.

Bank bu iclas daxil ardıcıl 9 iclasda faizini artırıb və son 14 ilin ən yüksək səviyyəsinə qaldırıb.

Böyük Britaniyada inflyasiya noyabrda illik 10,7 faizə qədər yavaşlayıb və iqtisadiyyat oktyabrda bitən üç aylıq dövrdə kiçilib. BoE 2023-cü ilin birinci rübündə inflyasiyasının tədricən azalacağını proqnozlaşdırıb.

BoE FED-in ardınca gedib və faiz artımının sürətini aşağı salıb. Dünən axşam keçirilən iclasda FED faizini 50 baza bəndi artırıb. Fed əvvəlki 4 iclasda faizini 75 baza bəndi artırmışdı.

İngiltərə Mərkəzi Bankının qərarından sonra Sterlinq ucuzlaşıb.