BANK

15 Dekabr

Azərbaycanın cari əməliyyatlar balansının qalığı 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 17 710,6 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.

Ümumi qalıq xarici ticarət balansındakı 21 178 milyon dollarlıq qalıq (3,3 dəfə çox), xidmətlər balansındakı 1 433,2 milyon dollarlıq kəsir (18,8 % az), ilkin gəlirlər balansındakı 4 304,9 milyon dollarlıq kəsir (4 dəfə çox) və təkrar gəlirlər balansındakı 2 270,7 milyon dollarlıq qalıq (6,3 dəfə çox) hesabına formalaşıb.

“Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 30,7 %-ni təşkil edib. Neft-qaz sektorunda CƏB-in qalığı ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə artaraq 21,4 milyard dollara çatıb, qeyri-neft-qaz sektorunda CƏB-in kəsiri isə 12,1 % azalaraq 3,7 milyard dollara düşüb", - deyə AMB bəyan edib.