BANK

14 Dekabr

“Kapital Bank” imtiyazlı səhmlər üzrə dividend ödəyəcək

12 yanvar 2023-cü il tarixində "Kapital Bank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. 

"Fins.az" xəbər verir ki, bu barədə Bankın elanında məlumat verilib. 

Məlumata görə, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

1. İmtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi məsələsi haqqında. 

 2. Digər məsələlər.

Yığıncaq Bankın Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.