BANK

13 Dekabr

Azərbaycanda nağdsız əməliyyatlarda artım qeydə alınıb - Mərkəzi Bank

Bu il Azərbaycanda nağdsız əməliyyatların həcmi təxminən 12 faiz artıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Osmanov qeyd edib ki, COVID-19 pandemiyası maliyyə və rəqəmsal xidmətlərin inkişafını sürətləndirib.

Onun sözlərinə görə, maliyyə bazarında mövcud riskli qlobal vəziyyəti nəzərə alaraq, AMB Azərbaycanda daha təhlükəsiz, daha innovativ və rəqabətədavamlı bazar yaratmaq üçün səylər göstərir.