BANK

13 Dekabr

“Rabitəbank”-da səhmdarlarına dividendlərin və illik bonusların ödənilməsi üçün iclas keçiriləcək

“Rabitəbank” ASC-nin müşahidə şurasının 29 noyabr 2022-ci il tarixli 69 nömrəli qərarına əsasən 2023-cü il yanvarın 27-si saat 17.00-da bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.
"Fins.az" xəbər verir ki,yığıncağın gündəliyi aşağıdakı kimidir. 
1. Bankın 2022-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi.
2. Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. Bankın səhmdarlarına dividendlərin ödənilməsi.
4. Bankın rəhbərlərinə illik bonusların ödənilməsi.
5. Təşkilati və cari məsələlər.
Yığıncağın keçiriləcəyi ünvan- Bakı şəhəri, 28 May küçəsi 33.