BANK

07 Dekabr

Dünya Bankı Azərbaycanla Tərəfdaşlıq Strategiyasının hazırlanmasına başlayacaq

Yaxın vaxtlarda Dünya Bankı Azərbaycan hökuməti ilə birlikdə növbəti bir neçə ili əhatə edəcək Tərəfdaşlıq Strategiyasının hazırlanmasına başlayacaq.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Zaur Rzayev bildirib.

O qeyd edib ki, strategiyada yer alacaq konkret layihələr və istiqamətlər yaxın aylarda müzakirə olunacaq və növbəti ilin yazına qədər müəyyən razılaşmalar əldə ediləcək.

Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bank Azərbaycanda bir çox milli inkişaf prioritetlərini - insan kapitalının inkişafı, infrastruktura, ictimai xidmətlərə və iş yerlərinə çıxışın genişləndirilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinə və kənd yerlərinin inkişafına sərmayə qoyulması, məcburi köçkünlərə dəstəyi və s. əhatə edən və ümumi dəyəri 4,4 milyard ABŞ dollarından artıq olan 50-dən çox layihəni maliyyələşdirib.

© Report