BANK

07 Dekabr

m10 ilə Bravo marketlərində ödənişlərə keşbek

m10 tətbiqi istifadəçiləri üçün yeni fürsətlər təqdim edir. Artıq bütün “Bravo” marketlər şəbəkəsində ödənişləri m10 ilə həyata keçirənlər hər alış-verişdə 3% keşbek qazanacaq. Ödəniş zamanı heç bir minimal məbləğ və ya alış-veriş sayı limiti nəzərdə tutulmayıb. 

Fürsətdən yararlanmaq üçün:

-“Google Play” və ya “App Store”dan tətbiqi telefona endirmək;

- Yalnız mobil nömrəni ilə qeydiyyatdan keçmək;

 -“Balansı artırmaq” düyməsini seçərək bank kartı və ya MillliÖN vasitəsilə m10-a vəsait yükləmək olar.

Beləliklə, Bravo kassalarında QR kodu skan etməklə ödənişi həyata keçirib, keşbek əldə etmək mümkündür.

Qeyd edək ki, m10 tətbiqi PashaPay şirkətinin məhsuludur. m10 Azərbaycanda nağdsız əməliyyatlar həyata keçirmək üçün yaradılan ilk elektron pulqabıdır. Tətbiqin köməyilə insanlar nağd puldan minimum istifadə edərək həyatlarını maksimum asanlaşdıracaq. 

m10 – Həlli onda!