"Bank Olmayan Kredit Təşkilatı İnternational" QSC təşkilati-hüquqi formasını dəyişir.
Fins.az xəbər verir ki, BOKT, təşkilati-hüquqi formasını dəyişərək qapalı səhmdar cəmiyyətindən (QSC) açıq səhmdar cəmiyyətinə (ASC) çevrildiyini elan edir.
2013-cü ildən fəaliyyət göstərən "BOKT İnternational" 5 milyon manat nizamnamə kapitalına malikdir. Təşkilatın 100% payçısı Həsənov Rifat Vaqif oğlu (Müşahidə Şurasının sədri), İdarə Heyətinin sədri isə Həsənov Nicat Vaqif oğludur.