BANK

06 Dekabr

Kapital Bank-ın baş direktoru: Birbank-ı 5,4 milyon nəfərdən artıq istifadəçi yükləyib

Birbank-ı 5,4 milyon nəfərdən artıq istifadəçi yükləyib.

Fins.az xəbər verir ki, bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov bildirib.

O bildirib ki, onlayn kanallar üzrə kredit və kart satışlarının göstəricilərində artım müşahidə olunur. Belə ki, bank üzrə ümumi satışın 60%-i məhz onlayn kanalların payına düşür. Birbank rəqəmsal bankının istifadəçi sayında olan göstəricilər də yüksək templə artır.

Baş direktor Ramil İmanov Birbank-la bağlı statistik göstəriciləri açıqlayaraq "Hazırda Birbank-ı 5,4 milyon nəfərdən artıq istifadəçi yükləyib ki, onlardan 2 milyon nəfərdən çoxu aktiv istifadəçidir. Qeyd edim ki, aktiv istifadəçilərin payına ay ərzində ortalama 9 əməliyyat düşür",-deyə qeyd edib.