Müştərilərə 4 növ ipoteka krediti təklif edirik.
Fins.az xəbər verir ki, bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov bildirib.
Onun sözlərinə görə, son illər Kapital Bank üçün ipoteka biznesi əsas inkişaf etdirilən sahələrdən biridir. Strateji dövrdə qarşıya qoyulan hədəflərdən biri ipoteka portfeli üzrə bazarda böyük pay sahibi olmaq və müştərilər üçün çevik xidməti təmin etmək idi. İpoteka üzrə qısa zaman kəsiyində yüksək nəticələr əldə olunub və müştərilərə 4 növ ipoteka krediti təklif edirik. Hazırda ipoteka portfelimiz 400 milyon manatdan artıqdır. Onu da qeyd edim ki, artıq müştərilərimiz müxtəlif kanallar vasitəsilə ipoteka üçün banka müraciət etdikdə onlara düşən kredit məbləği və ilkin şərtlər (məbləğ, aylıq ödəniş və s.) bizim skorinq model tərəfindən hesablanıb təqdim edilir. Həmçinin bu strateji dövrdə yeni qurduğumuz bir biznes sahəsi isə mikro biznes olub.
Ramil İmanov Kapital Bank-ın 2021-ci il maliyyə göstəricilərinə istinad edərək "Ötən 2 il ərzində mikro seqment müştəriləri üçün müxtəlif növ bank məhsul və xidmətləri yaradıldı. Bunların içərisində hazırda ölkə üzrə yalnız Kapital Bank tərəfdən icra olunan onlayn kreditləşməni qeyd etmək istərdim. Mikro biznes müştərilərimiz tərəfdən də məsafədən kreditləşmə müsbət qarşılanıb və bəyənilib. Mikro biznes kreditləri üzrə cari ana kredit portfelimiz isə 76 milyon manat təşkil edir və bu göstərici sürətlə artır",-deyə əlavə edib.