BANK

06 Dekabr

Ramil İmamov: "Riteyl üzrə əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi"

2020-2023 strateji dövrdə riteyl üzrə əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq və inkişaf etdirmək idi.

"Fins.az" xəbər verir ki, bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov əqəmlər, statistik göstəricilər və bankın 2020-2023-cü illər üzrə qoyduğu strateji hədəflərin icra statusu barəsində olan müsahibəsində deyib. 

O bildirib ki, ötən 2 il ərzində bu sahədə yolumuzu inamla davam etdirdik. Hazırda nağd pul krediti üzrə portfelimiz 1,4 milyard manat, kredit kartları üzrə portfelimiz isə təxminən 420 milyon manat təşkil edir. Həmçinin ümumi olaraq istehlak kreditləri üzrə bazar payımız təxminən 35% təşkil edir.

Ramil İmanov rəsmisi olduğu bankın ölkənin kart bazarındakı möbqeyinə də toxunaraq "Bununla paralel olaraq kart biznesinin inkişafı da uğurla davam etdirilir. Debet kart satışlarının sayında kəskin artım olub ki, hazırda bazarda debet kart sayımız 1,6 milyondan artıqdır",-deyə qeyd edib.